“British Council” Azərbaycanda yeni direktor təyin edir | 1news.az | Xəbərlər
Cəmiyyət

“British Council” Azərbaycanda yeni direktor təyin edir

Qafar Ağayev12:41 - 01 / 06 / 2022
“British Council” Azərbaycanda yeni direktor təyin edir

“British Council” Nərgiz Hacıyevanı Azərbaycanda ölkə üzrə direktor vəzifəsinə təyin edib.

1news.az-ın xəbərinə görə, “British Council” Azərbaycandan bildirilib ki, o, komandaya faktiki olaraq 16 may 2022-ci il tarixindən rəhbərlik edir və incəsənət və mədəniyyət, təhsil və ingilis dilindən istifadə edərək Birləşmiş Krallıq və Azərbaycan xalqları arasında əlaqələr, qarşılıqlı anlaşma və inam yaratmaq missiyalarına davam edirlər.

Nərgiz Hacıyeva British Council komandasına 2014-cü ildə qoşulub və təşkilatımızda işlədiyi doqquz il ərzində Azərbaycan və Britaniyanın ən vacib və nüfuzlu təşkilatları arasında qarşılıqlı faydalı tərəfdaşlıqların qurulması üzərində çalışıb. Nəticədə minlərlə tənzimləyici qurum, gənc tələbə, müəllim, ümidverən sahibkar və başqa tərəflər onlayn və üzbəüz təlim imkanlarından və mədəniyyət mübadiləsindən faydalanıb. Nərgiz xanım təhsil proqramlarının idarəedilməsi sahəsində 15 ildən çox təcrübəyə malikdir. O, beş fərqli beynəlxalq təşkilatda müxtəlif rəhbər vəzifələrdə çalışıb, komandaları idarə edib və Azərbaycanda təhsil islahatı proqramlarını dəstəkləyib. Nərgiz xanım Azərbaycanda ölkə üzrə direktor vəzifəsini üzərinə götürməkdən və British Council-ın Britaniya Səfirliyi ilə birlikdə hökumətin prioritetdə olan islahat proqramlarının dəstəklənməsi sahəsində 29 illik işini davam etdirməkdən çox məmnundur. O, British Council-ın Azərbaycandakı komandamızı idarə etmək üçün təyin etdiyi ilk azərbaycanlı ölkə direktorudur.

O, yeni vəzifəsi haqqında bildirir:

"Təhsil sahəsində işləmək mənim üçün çox maraqlıdır və son 15 il ərzində beynəlxalq miqyasda təhsil proqramları və komandalarının hazırlanması, nəzarətdə saxlanması və komandalara rəhbərlik üzrə böyük təcrübə yığmışam. Bu il Birləşmiş Krallıq və Azərbaycan diplomatik münasibətlərin 30-cu ildönümünü qeyd edir və mən British Council komandasına rəhbərlik etdiyimə və bununla Birləşmiş Krallıq və Azərbaycanda olan əsas tərəflərin münasibətlərini möhkəmləndirilməsi və dərinləşdirilməsinə töhfə verdiyimə görə ürəkdən şadam."

Paylaş:
312

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər