Türkiyənin Azərbaycanda müdafiə sənayesi müşaviri olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyənin Azərbaycanda müdafiə sənayesi müşaviri olacaq

Qafar Ağayev14:15 - 02 / 06 / 2022
Türkiyənin Azərbaycanda müdafiə sənayesi müşaviri olacaq

Türkiyənin Azərbaycandakı səfirliyində müdafiə sənayesi müşaviri vəzifəsi yaradılır.

1news.az xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq qərar imzalayıb.

Qərara əsasən, müdafiə sənayesi müşaviri xidmət apardığı ölkədə müdafiə sənayesinə dair prosesləri və buna bənzər mövzuları dəyərləndirib, hesabatlar hazırlayacaq və Türkiyə Müdafiə Sənayesi İdarəsini məlumatlandıracaq.

Ümumilikdə Türkiyənin 9 ölkədəki səfirliyində Müdafiə Sənayesi Müşavirliyi heyəti yaradılacaq və təyinatlar olacaq.

Müdafiə sənayesi müşavirləri Bakı/Azərbaycan, Doha/Qətər, İslamabad/Pakistan, Braziliya, Cakarta/İndoneziya, Kuala Lumpur/Malayziya, Məsqət/Oman, Dəkkə/Banqladeş, London/Böyük Britaniya səfirliklərinin nəzdində fəaliyyət göstərəcək.

Azərbaycandakı müdafiə sənayesi müşavirinin xidmət sahəsinə həm də Qazaxıstan, Türkmənistan və Özbəkistan daxil edilib.

Paylaş:
532

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər