Daşkəsən rayonunda uşaqlar üçün səyyar tibbi müayinə aksiyası keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Daşkəsən rayonunda uşaqlar üçün səyyar tibbi müayinə aksiyası keçirilib - FOTO

S.Xankişiyeva15:35 - 02 / 06 / 2022
Daşkəsən rayonunda uşaqlar üçün səyyar tibbi müayinə aksiyası keçirilib - FOTO

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Bakı Sağlamlıq Mərkəzinin dəstəyi ilə Daşkəsən rayonunda növbəti səyyar tibbi müayinə aksiyası keçirilib.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilən və “Sağlam gələcək” devizi altında təşkil olunan aksiyada rayonun Quşçu, Çovdar, Çaykənd, Şadax və digər kəndlərinin azyaşlı sakinləri 3 gün müddətinə ödənişsiz olaraq müxtəlif tibbi xidmətlərdən yararlanıblar. Cərrahiyə, pediatriya, terapiya, endokrinologiya, hepatologiya, LOR, kardiologiya, urologiya, həmçinin onkologiya sahələri üzrə ixtisaslaşmış peşəkar həkim heyəti uşaqları müayinə edib, onlara ambulator müalicə-profilaktik xidmətlər göstəriblər. Azyaşlılar fiziki müayinələrlə yanaşı, instrumental (EXO, EKS, ultrasəs və s.), eləcə də laborator müayinələrdən yararlanıb, diaqnoza uyğun olaraq müvafiq dərman preparatları ilə təmin olunublar.

Aksiyanın ilk günündə Daşkəsən rayonu ərazisində yaşayan şəhid ailələrinin üzvləri də müayinə prosesinə cəlb edilib. Düşərgədə körpələr üçün nağıl qəhrəmanları və cizgi film personajlarını canlandıran animatorlar tərəfindən əyləncəli oyunlar təşkil edilib, azyaşlılara müxtəlif oyuncaqlar və dərs ləvazimatları hədiyyə olunub. Layihə çərçivəsində, ümumilikdə 600 nəfərdən çox sakin müayinədən keçirilib.

Sosial aksiya “AzerGold” QSC-nin fəaliyyət göstərdiyi bölgədə yaşayan ailələrin qayğı ilə əhatələnməsi, uşaqlarda xəstəliklərin vaxtında və düzgün müəyyən edilməsi, azyaşlılara profilaktik müayinə mədəniyyəti, sağlam həyat tərzinin təbliği məqsədi daşıyır.

Qeyd edək ki, səyyar tibbi müayinə aksiyası sözügedən qurumlar tərəfindən Daşkəsən rayonunda ikinci dəfədir həyata keçirilir. Ötən il birgə təşkil edilən aksiya 7 Aprel – Ümumdünya Sağlamlıq Gününə həsr edilmiş və 3 gün davam edən layihə çərçivəsində bütün yaş qrupları üzrə 450 nəfərdən çox Daşkəsən rayonu sakininə ambulator müalicə-profilaktik xidmətlər göstərilmişdir.

Xatırladaq ki, Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinin yaxınlığında yerləşən kəndlərin sakinləri mütəmadi olaraq ətraf mühitin mühafizəsi, təhsil, sağlamlıq, məşğulluq, sahibkarlığın təşviqi və s. istiqamətləri üzrə icra edilən layihələrdən faydalanırlar. Bölgədə yaşayanların, xüsusilə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələlərin qayğı ilə əhatələnməsinə xidmət edən bu cür layihələr sosial xarakterli dövlət proqramlarına töhfə vermək məqsədi daşıyır.

Reklam hüququnda

Paylaş:
396

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər