Rövşən Əkbərov müalicə müəssisəsinə yerləşdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Rövşən Əkbərov müalicə müəssisəsinə yerləşdirilib

17:04 - 02 / 06 / 2022
Rövşən Əkbərov müalicə müəssisəsinə yerləşdirilib

Qəsdən adam öldürməkdə təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilmiş, sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun səhhətində problem yaranıb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, sabiq birlik komandiri hazırda Pentensiar Xidmətin müalicə müəssisəsində müalicə olunur.

Ədliyyə Nazirliyinin Tibb xidmətindən bildirilib ki, Rövşən Əkbərov xroniki xəstəlikləri olduğu üçün müalicə müəssisəsində həkim nəzarətində saxlanılır: “Hazırda səhhəti stabildir, sağlamlıq durumunda həyati təhlükəli hallar izlənilmir".

1news.az

Paylaş:
288

Son xəbərlər

Bütün xəbərlər