“Bu tədbir Azərbaycan və Türkiyə universitetləri arasında əməkdaşlığı artıracaq” - Hafiz Paşayev
“İnanıram ki, burada maraqlı və məhsuldar müzakirələr keçiriləcək”.
1news.az xəbər verir ki, bunu ADA Universitetində Milli Məclis, Türkiyə Böyük Millət Məclisi və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə 7-ci Beynəlxalq Sosial Elmlər Konqresinin açılış mərasimində ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev deyib:
“Bu tədbir bizim akademik əlaqələrimizi inkişaf etdirəcək. Keçirilən tədbir universitetlər arasında əməkdaşlığı artıracaq. Forum günlərində bəzi iştirakçılar Qarabağa, Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərinə səfər edəcəklər. Səfər zamanı ermənilərin törətdiyi vəhşilikləri gözləri ilə görəcəklər“.
332