Unikal xarizma – Changan UNI-K artıq Azərbaycanda! – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Unikal xarizma – Changan UNI-K artıq Azərbaycanda! – FOTO

S.Xankişiyeva10:05 - 03 / 06 / 2022
Unikal xarizma – Changan UNI-K artıq Azərbaycanda! – FOTO

Ölkəmizdə Changan markasının "yenilikçi" UNI seriyası tədricən genişlənir. Bu xəttdə mövcud olan UNI-T modelinə artıq D-SUV seqmentinə aid UNI-K modeli də qoşuldu.

27 may tarixində UNI-K modelinin Azərbaycanda rəsmi təqdimatı baş tutdu. Ölkəmizdə ilk dəfə fərqli formatda təşkil olunan tədbir rəngarəng anlarla yadda qaldı. Təqdimata gələn qonaqları möhtəşəm əyləncəli proqram, atların iştirakı ilə müxtəlif oyunlar və musiqili şou proqram müşayiət etdi.

Gecəyə UNI-K ilə bərabər damğasını vuran at şousu da qonaqların xoş təəccübünə səbəb oldu. Hər ikisi gücü, sahibini darda qoymaması, gözəlliyi və ecazkarlığı ilə seçildiyini bir daha möhtəşəm performansları ilə sübut etdilər. UNI-K modelinin təqdimatı özü kimi unikal və rəngli anlarla yadda qaldı.

Təqdimatda iştirak edən qonaqlar avtomobil ilə bağlı bütün suallarını vermək, eləcə də onu ilk görənlərdən biri olmaq imkanı əldə etdilər.

UNI-K avtomobil sahibinin istəklərini tanıya bilən AI süni şüur sistemi, habelə, üçüncü dərəcəli müstəqil idarəetmə sistemi ilə təchiz edilib. Bu yeni texnologiyalar avtomobilin idarə olunması zamanı yüksək komfort bəxş edir. Bu isə həm komfort, həm də xarizma unikallığını birləşdirir.

UNI-K modeli Azərbaycanda iki təchizatda təklif olunur, 2WD və 4WD. 4WD təchizatında 3 idarəetmə rejimi var (4WD, 2WD və auto). UNI-K modeli D-SUV seqmentinə aiddir (uzunluğu 4,86 ​​metrdən çoxdur). İstehsalçı yeni modeli səkkiz pilləli avtomat sürət qutusu ilə və 2 litrlik turbo mühərriklə təchiz etmişdir. Avtomobilin ən yüksək təchizatı 69.900 AZN dəyərində təklif olunur.

Avtomobili şəxsən canlı şəkildə görmək, bütün özəlliklərini qiymətləndirmək üçün Changan Azəbaycana müraciət edin!

Ətraflı məlumat üçün:

*5544

https://changan.az/uni-k/

Babək pr., 74

Reklam hüququnda

Paylaş:
631

Son xəbərlər

Kamaləddin Qafarov: “Bu gün ölkələrin milli təhlükəsizliyi enerji təhlükəsizliyi ilə sıx bağlıdır”Bu gün, 11:00Əmtəə bazarlarında qızılın qiyməti 2 600 dolları ötübBu gün, 10:39DYP yeni tədris ilinin başlanması ilə bağlı hərəkət iştirakçılarına müraciət edibBu gün, 10:21Prezident “Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olubBu gün, 10:07Bakı metrosunun enerjiyə qənaəti ilə bağlı hesabatı açıqlanacaq13 / 09 / 2024, 17:46Azərbaycan idmançıları Ümumdünya Köçəri Oyunlarını 7 medalla başa vurublar13 / 09 / 2024, 17:31Ölkə əhalisinin sayı açıqlandı13 / 09 / 2024, 17:20Azərbaycanda nikahların sayı azalıb13 / 09 / 2024, 17:17Mərkəzi Bankda “Maliyyə sabitliyinin təhlili və stres-testləşmə” təlimi keçirilib13 / 09 / 2024, 17:08Bakı yollarında COP29 yazılı zolaq salınır13 / 09 / 2024, 16:42Bu ilin yanvar-iyul ayları ərzində doğulan əkiz və üçəmlərin sayı açıqlanıb13 / 09 / 2024, 16:35Masallıda “KOB FEST” sərgi-satış yarmarkası keçirilir - FOTO13 / 09 / 2024, 16:12Cəlilabadda ətraf mühiti zibilləyənlər məsuliyyətə cəlb olunublar13 / 09 / 2024, 16:08Günümüzdə qəbul edilən əlifbanın əsası nə zaman qoyulub?13 / 09 / 2024, 15:53Bakı metrosuna 2 yeni qatar gətirilib13 / 09 / 2024, 15:48Samuxda təmir sexi və avtomobil yanıb13 / 09 / 2024, 15:22Üzrlü səbəbdən iştirak edə bilməyən üçün təşkil olunan imtahanın nəticələri açıqlandı13 / 09 / 2024, 15:02Prezident “Vista Equity Partners” şirkətinin təsisçisi və icraçı direktorunu qəbul edib - YENİLƏNİB13 / 09 / 2024, 14:58İlham Əliyev “Gulfstream Aerospace” şirkətinin prezidentini qəbul edib - YENİLƏNİB13 / 09 / 2024, 14:56“SİMA İmza”nı yükləyənlərin sayı 2 milyonu ötdü13 / 09 / 2024, 14:51
Bütün xəbərlər