Bakıda keçmiş məhkum hosteldə qalan əcnəbini soydu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda keçmiş məhkum hosteldə qalan əcnəbini soydu

10:43 - 03 / 06 / 2022
Bakıda keçmiş məhkum hosteldə qalan əcnəbini soydu

Bakıda hosteldə qalan əcnəbinin çantasından külli miqdarda pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Səbail RPİ-nin 39-cu Polis Bölməsinə rayon ərazisindəki hostellərin birində əcnəbi vətəndaşın çantasından 6.000 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş O.Abdullayev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
194

Son xəbərlər

Bütün xəbərlər