Tapılması üçün 10 000 manat pul mükafatı veriləcək turistin axtarışları davam edir – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Tapılması üçün 10 000 manat pul mükafatı veriləcək turistin axtarışları davam edir – VİDEO

S.Xankişiyeva11:00 - 03 / 06 / 2022
Tapılması üçün 10 000 manat pul mükafatı veriləcək turistin axtarışları davam edir – VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə 13 may 2022-ci il tarixində Zaqatala rayonu ərazisində Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Manikanth Kondaveetinin itkin düşməsi barədə məlumat daxil olub.

1news.az-a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, M.Kondaveetinin itkin düşməsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən axtarış-xilasetmə tədbirləri təşkil olunub.

Hazırda vətəndaşın itkin düşdüyü ehtimal olunan marşrut üzrə (mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə) FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri, həmçinin Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunmaqla axtarış-xilasetmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Zaqatala rayonunda itkin düşən Hindistan vətəndaşının tapılması üçün mükafat təyin olunub.

Bu barədə APA-ya ötən ay Zaqatalada itkin düşən Hindistan vətəndaşı Manikanth Kondaveetinin qardaşı Dharan Kondaveeti açıqlayıb. O, qardaşını tapan şəxsə 10 000 manat pul mükafatı verəcəklərini bildirib.

Dharan Kondaveeti qardaşı ilə sonuncu dəfə 12 mayda əlaqə saxladıqlarını, daha sonra onun tək halda meşəyə yollandığını, bir daha ondan məlumat ala bilmədiklərini deyib.

26 yaşlı Dharan Kondaveeti və atası Purna Kondaveeti də Zaqatalaya gəliblər. Artıq onlar axtarışlara qoşulublar. Dharan Kondaveeti yüksək dağlıq ərazidə axtarış qrupları ilə birlikdə axtarışlara qatılıb.

Xatırladaq ki, mayın 17-də Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin Zaqatalada itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub. İlkin araşdırma nəticəsində onun mayın 12-də Zaqatalada qaldığı hoteli tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.

29 yaşlı Hindistan vətəndaşının axtarışlarına Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçuları, Rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarından ibarət qruplar, ərazini tanıyan yerli sakinlər, alpinistlər və dronlar cəlb olunub.

Mövzu ilə əlaqədar oxuyun:

DİN: Hindistanlı turistin axtarışlarına alpinistlər və dronlar cəlb olunub

Paylaş:
626

Son xəbərlər

Bütün xəbərlər