Şəmkirdə polis yol qəzasında ölüb - FOTO
![Şəmkirdə polis yol qəzasında ölüb - FOTO](/images/2022/06/04/20220604101654939/thumb.jpg?2022-06-04+10%3A19%3A14)
Şəmkir rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İ.Adilzadə ötən gecə saat 2 radələrində idarə etdiyi “Priora” markalı avtomobillə hərəkətdə olarkən Aşağı Seyfəli kəndi ərazisində idarəetməni itirərək avtomobili aşırıb.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, qəza zamanı İ.Adilzadə və sərnişini A.İbadullayev hadisə yerində ölüblər.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.
![](/images/2022/06/04/20220604101654939/d_gallery/629aeb92c0dfd629aeb92c0dfe165432001889d9113fb4e1e0c82a5d96c2fa0d95ab.jpg)
![](/images/2022/06/04/20220604101654939/d_gallery/629aeb9331a5e629aeb9331a6016543200186d3e0645c9bda161455d6e1e5cb53ed7.jpg)
632