Əcnəbilərin yeri ali təhsil müəssisələrinə qəbulu üçün yeni xidmət istifadəyə verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Əcnəbilərin yeri ali təhsil müəssisələrinə qəbulu üçün yeni xidmət istifadəyə verilib

Qafar Ağayev14:59 - 06 / 06 / 2022
Əcnəbilərin yeri ali təhsil müəssisələrinə qəbulu üçün yeni xidmət istifadəyə verilib

Əcnəbilərin Azərbaycanda təhsili üçün imkanların genişləndirilməsi, eyni zamanda təşviqi istiqamətində aparılan işlərin davamı olaraq portal.edu.az sistemi üzərindən mərkəzləşmiş e-müraciət xidməti (“SIACAS: Study in Azerbaijan Centralised E-Application Service”) istifadəyə verilib.

Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, sözügedən platforma vasitəsilə əcnəbilər sistemdə yer alan təhsil müəssisələrinin qəbul üçün təklif etdikləri təhsil proqramlarını seçərək, tələb olunan digər sənədlərlə birgə elektron qaydada ən çoxu 3 ali təhsil müəssisəsinə müraciət edə biləcəklər. Müvafiq ali təhsil müəssisəsi müraciəti dəyərləndirdikdən sonra elektron qaydada qəbulu həyata keçirə, təhsil haqqını qəbul edə və növbəti kommunikasiyanı elektron kabinet üzərindən davam etdirə biləcək. Hazırda sistemə bütün yerli ali təhsil müəssisələri və əcnəbilər üçün təklif edilən proqramlara dair məlumatlar daxil edilib.

Qeyd edək ki, müvafiq layihə Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 3.4-cü yarımbəndin tələbi üzrə və “Study in Azerbaijan” layihəsinin tərkib hissəsi kimi hazırlanıb.

Paylaş:
287

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər