Azərbaycanın İT şirkəti “Bestcomp Group”-un xaricdəki uğurları - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın İT şirkəti “Bestcomp Group”-un xaricdəki uğurları - FOTO

Qafar Ağayev12:11 - 06 / 06 / 2022
Azərbaycanın İT şirkəti “Bestcomp Group”-un xaricdəki uğurları - FOTO

Azərbaycanın informasiya texnologiyaları sektorunun aparıcı İT şirkəti “Bestcomp Group” 2020-ci ildə Tacikistan Maliyyə Nazirliyi üçün «Uptime Institute TIER III» tələblərinə cavab verən ehtiyat Məlumat mərkəzinin (Data mərkəzinin) yaradılması və müvafiq İT infrastrukturunun quraşdırılmasını əhatə edən “Dövlət Maliyyə İdarəetmənin Müasirləşdirilməsi Layihəsi - 2” çərçivəsində Dünya Bankının keçirdiyi tenderlərin qalibi olub.

2 iyun 2022-ci ildə Tacikistanda “Bestcomp Group” tərəfindən inşa edilən Məlumat mərkəzinin açılış mərasimi keçirildi. Açılış mərasimində Tacikistan Respublikası hökumətinin və Maliyyə Nazirliyinin, Dünya Bankının yüksək vəzifəli nümayəndələri, Azərbaycanın Tacikistandakı səfirliyinin nümayəndələri və ictimaiyyət xadimləri iştirak etdilər.

“Bestcomp Group” şirkətinin baş direktorunun müavini Xəlil Ələkbərov “açar təhvili” əsasında istifadəyə tam hazır şəkildə sifarişçiyə təhvil verilən bu mürəkkəb layihənin icrasının mərhələləri barədə tədbirin qonaqlarına məlumat verdi. O, bildirdi ki, Məlumat mərkəzinin yaradılması üçün boş ərazini qəbul edərək, şirkət lazımi hesablamalar aparıb, tələb edilən funksionallıq və göstəricilərə nail olmaq üçün qabaqcıl İT sistemin yerləşdirdiyi lazımi infrastrukturu layihələndirmiş və quraşdırmışdır. X.Ələkbərov Məlumat mərkəzinin təhlükəsiz, etibarlı və səmərəli fəaliyyət göstərməsi üçün beynəlxalq standartlara cavab verən ən müasir texnologiya və avadanlıqdan istifadə olunduğunu xüsusi vurğuladı. Tədbir iştirakçılarına avtomatlaşdırılmış, nasazlığa davamlı Məlumat mərkəzi real iş rejimində nümayiş etdirildi və müxtəlif texniki imkanları izah edildi.

Dünya Bankının nümayəndəsi Xasan Aliyev çıxışında qeyd etdi ki, “Bestcomp Group” tərəfindən tikilən Məlumat mərkəzi Tacikistanda ən qabaqcıl avadanlıqla təchiz edilib. “Mən azərbaycanlı həmkarlarıma minnətdarlığımı bildirirəm və ümid edirəm ki, gələcəkdə də birgə fəaliyyətimiz davam edəcəkdir”, - X.Aliyev əlavə etdi.

Öz növbəsində, Azərbaycan Respublikasının Tacikistan Respubliksında səfirinin müşaviri Vüqar İsmayılov bu mürəkkəb layihənin informasiya texnologiyaları sahəsində təkcə öz ölkəsində deyil, həm də regionda lider olan Azərbaycan şirkəti tərəfindən həyata keçirilməsindən məmnun olduğunu bildirdi. “Azərbaycan və Tacikistan arasında dostluq və qardaşlıq əlaqələri daha da möhkəmlənir. Ölkələr arasında siyasi, iqtisadi, mədəni və təhsil əlaqələri inkişaf edir. Bu münasibətlərin əsasını ölkələr arasında və şəxsən dövlət başçıları arasında qarşılıqlı etimad təşkil edir. Azərbaycan şirkəti tərəfindən həyata keçirilən bu layihə də əlaqələrimizə müsbət təsir göstərir”, – səfirin müşaviri qeyd etdi.

Tacikistan Respublikasınin Maliyyə nazirinin müavini Rukmina Safarzoda çıxışında yeni Məlumat mərkəzinin dövlət əhəmiyyəti daşıdığını və Tacikistanda yeganə modul (konteyner) tipli həll olduğunu qeyd etdi.

“Bu gün burada toplaşan şəxslər olmasaydı, biz bu Məlumat mərkəzini qura bilməzdik. Dünya Bankının və Tacikistan Maliyyə Nazirliyinin dəstəyi və maliyyəsi ilə “Bestcomp Group” şirkəti ilə sıx əməkdaşlıq edərək biz bütün komanda ilə çətinlikləri dəf etdik və indi fəxr edirik ki, ölkə üçün böyük əhəmiyyət kəsb edən nəhəng obyekt tikildi və biz məqsədə nail olduq”, - deyə R.Safarzoda bildirdi.

Tacikistan Respublikasının maliyyə naziri Qahhorzoda Fayziddin açılış mərasimindəki yekun nitqində Xasan Aliyevin təmsil etdiyi Dünya Bankına minnətdarlığını bildirərək, gələcəkdə Dünya Bankı ilə əməkdaşlığı inkişaf etdirmək və gücləndirmək arzusunda olduğunu bəyan edib, həmçinin yüksək səviyyədə görülən işlərə görə “Bestcomp Group”-a xüsusi təşəkkürünü bildirdi. Nazir, Azərbaycan səfirliyinin əməkdaşlarına müraciət edərək, onların bu tədbirdə iştirakını yüksək qiymətləndirmiş, ölkələr arasında əlaqələrin inkişafında müsbət dinamikanın olduğunu və səfirliyin diqqətinin bunu təsdiq etdiyini qeyd etdi.

Dövlətin və elektron hökumətin inkişafı üzrə qəbul edilmiş strategiyaya uyğun olaraq Tacikistan Respublikasında İKT-nin inkişafının prioritetliyi, həmçinin bu Məlumat mərkəzinin tikintisinin İKT-nin, həm də maliyyə menecmentinin inkişafına əlavə təkan verəcəyi vurğulandı.

Qeyd edək ki, “Bestcomp Group” şirkətlər qrupu məlumatların saxlanması və emalı mərkəzlərinin (Data mərkəzlərinin), informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üçün inteqrasiya olunmuş həllər və xidmətlərin layihələndirilməsi və yaradılması, proqram təminatının hazırlanması, qurum və müəssisələrin idarəetməsinin avtomatlaşdırılması sahəsində böyük uğurlar əldə edib. “Bestcomp Group” Gürcüstan və Özbəkistandakı ofisləri vasitəsilə Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında uğurla fəaliyyət göstərir.

2021-ci ilin noyabrında “Bestcomp Group” Tacikistan Respublikası Prezidentinin İcra Aparatında elektron xidmətlərin tətbiqi üçün vahid informasiya məkanının yaradılması məqsədilə “bulud” informasiya və təhlükəsiz telekommunikasiya infrastrukturunun formalaşdırılması üzrə Dünya Bankının növbəti tenderinin qalibi olub.

Sadalanan layihələr Azərbaycanın İKT sahəsində əldə etdiyi bilik və təcrübənin ölkədən kənarda beynəlxalq layihələrdə uğurla tətbiqinin nümunələridir.

Reklam hüququnda

Paylaş:
351

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər