Tovuzda avtomobil təmiri sexində yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuzda avtomobil təmiri sexində yanğın olub

Qafar Ağayev17:38 - 07 / 06 / 2022
Tovuzda avtomobil təmiri sexində yanğın olub

Tovuz rayonunun Əyyublu kəndində ümumi sahəsi 240 m² olan yeddi boksdan ibarət avtomobil təmiri sexinin dam örtüyünün taxta atmaları 100 m² sahədə və içərisində təmirə dayanan iki ədəd "ВАЗ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 420 m² olan digər avtomobil təmiri sexinin lambirindən ibarət üzlüyü əriyib.

Sexlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
358

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər