Bakı Nəqliyyat Agentliyi əhaliyə müraciət etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Nəqliyyat Agentliyi əhaliyə müraciət etdi

Qafar Ağayev13:03 - 08 / 06 / 2022
Bakı Nəqliyyat Agentliyi əhaliyə müraciət etdi

Formula 1 Azərbaycan Qran Prisinin davam etdiyi günlərdə şəhər sakinlərinin ictimai nəqliyyata əlçatanlığını təmin etmək üçün zəruri tədbirlər görülür.

Bakı Nəqliyyat Agentliyindən 1news.az-a verilən məlumata görə, bu çərçivədə əvvəlcədən də məlumat verildiyi kimi yarış həftəsi məhdudiyyətin tətbiq olunduğu müddətdə 20 müntəzəm marşrut xətti üzrə - 1, 2, 4, 5, 6, 10, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 127, 205, M3 və H1 nömrəli- avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib. Dəyişikliklər barədə ətraflı məlumatı qeyd olunan link vasitəsi ilə əldə etmək mümkündür. (https://bna.az/az/news/1483)

Müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi üzrə müəyyən olunan intervalla maneəsiz hərəkətini təmin etmək üçün ciddi zərurət olmadığı halda şəxsi nəqliyyat vasitəsi ilə şəhər mərkəzinə səyahət etməməyi tövsiyə edirik. Daha çox ictimai nəqliyyata üstünlük verilməsi yollarda hərəkətin maneəsiz təşkili, eləcə də lüzumsuz sıxlıqların yaranmaması baxımından məqsədəuyğun davranışdır.

Bir daha vətəndaşlarımıza bu cür mötəbər idman tədbirlərinin uğurla keçirilməsinə verdikləri dəstəyə və nümayiş etdirdikləri anlayışa görə təşəkkür edirik.

Paylaş:
358

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər