Bu il Bakı məktəblərindən məzun olan şagirdlərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu il Bakı məktəblərindən məzun olan şagirdlərin sayı açıqlanıb

Qafar Ağayev15:53 - 08 / 06 / 2022
Bu il Bakı məktəblərindən məzun olan şagirdlərin sayı açıqlanıb

2021-2022-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 35 100, XI siniflərini 23 505, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 134 nəfər bitirir.

Bu barədə 1news.az-a İdarədən məlumat verilib. Bildirilib ki, paytaxtda 46 470 nəfər I sinfi başa vurur.
Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 470 517 şagird təhsil alıb.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 29 115 müəllim fəaliyyət göstərir.
2021-2022-ci tədris ilində paytaxt üzrə 275 ümumi təhsil məktəbində fəaliyyət göstərən 1 070 məktəbəhazırlıq qrupuna 25 484 uşaq cəlb olunub.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 312 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 320 məktəb, 338 məktəbəqədər təhsil müəssisəsi və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.

Paylaş:
857

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər