Şirvanda əməliyyat keçirildi - Direktorun qanunsuz əməlləri ifşa edildi - TƏFƏRRÜAT | 1news.az | Xəbərlər
Cəmiyyət

Şirvanda əməliyyat keçirildi - Direktorun qanunsuz əməlləri ifşa edildi - TƏFƏRRÜAT

Qafar Ağayev17:20 - 08 / 06 / 2022
Şirvanda əməliyyat keçirildi - Direktorun qanunsuz əməlləri ifşa edildi - TƏFƏRRÜAT

Azərbaycan Respublikasının Dövlət Arxivinin Şirvan filialının direktorunun qanunsuz əməlləri ifşa edilib.

Baş Prokurorluqdan 1news.az-a verilən məlumata görə, Dövlət Arxivinin Şirvan filialının direktoru Hamlet Hüseynovun qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış əməliyyat-istintaq tədbirləri ilə Hamlet Hüseynovun qeyd olunan vəzifədə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2022-ci ilin aprel-may aylarında torpaq sahəsi üzrə arxivdə olan zəruri sənədlərin, eləcə də əmək stajlarının artıq hesablanması məqsədi ilə saxta arxiv arayışı əldə etmək üçün ona müraciət etmiş ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Hamlet Hüseynova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 311.3.2 (rüşvət alma təkrar törədildikdə) maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

​Hazırda cinayət törətmiş şəxslərin dairəsinin və təqsirləndirilən şəxsin digər qanunsuz əməllərinin müəyyən olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş:
432

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər