NİİM-dən “Formula 1”-lə bağlı sürücülərə MÜRACİƏT
![NİİM-dən “Formula 1”-lə bağlı sürücülərə MÜRACİƏT](/images/2022/06/08/20220608102129698/thumb.jpg?2022-06-08+10%3A30%3A40)
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) “Formula 1" ilə bağlı sürücülərə müraciət edib.
NİİM-dən 1news.az-a verilən xəbərə görə, müraciətdə deyilir:
"Paytaxtımızda qonaqpərvərlik mühitinin qorunması üçün “Formula-1 Azərbaycan Qran Pri” yarışı ilə əlaqədar yollardakı müvəqqəti xarakter daşıyan dəyişiklik və məhdudiyyətləri anlayışla qarşılamağı, şəhər mərkəzinə şəxsi nəqliyyat vasitələri ilə getməməyi, daha çox ictimai nəqliyyata üstünlük verməyi, həmçinin dayanma-durma qaydalarına ciddi riayət olunmasını xahiş edir. Qeyd olunanlar sıxlıqların yaranmaması baxımından mühüm əhəmiyyət kəsb edir".
263