Mərkəzi Bank sədrinin birinci müavini təyin olunan Rəşad Orucov kimdir? - DOSYE | 1news.az | Xəbərlər
Cəmiyyət

Mərkəzi Bank sədrinin birinci müavini təyin olunan Rəşad Orucov kimdir? - DOSYE

Qafar Ağayev12:23 - 08 / 06 / 2022
Mərkəzi Bank sədrinin birinci müavini təyin olunan Rəşad Orucov kimdir? - DOSYE

Prezident İlham Əliyev Rəşad Temraz oğlu Orucovun Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

1news.az Rəşad Orucov haqqında məlumatı təqdim edir:

1978-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycanlıdır. Ali təhsillidir.

1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr dərəcəsilə, 2000-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirib.

Əmək fəaliyyətinə 1998-ci ildə Səhmdar Kommersiya Aqrar Sənaye Bankında baş mütəxəssis vəzifəsində başlayıb.

2000-2004-cü illərdə Azərbaycan Respublikası Milli Bankında Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentində baş iqtisadçı vəzifəsində işləyib.

2004-2006-cı illərdə Azərbaycan Respublikası Milli Bankında Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin İT və ödəniş sistemlərinin fəaliyyətinə nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb.

2006-2008-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət şöbəsinin rəisi vəzifəsində çalışmışdır.

2008-2011-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində işləmişdir.

2011-ci ilin iyun ayından Mərkəzi Bankın Baş direktoru vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin vəzifədə çalışır.

2019-cu ilin sentyabr ayında Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2022-ci il tarixli, 544-VIQR №-li qərarına əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.

Ailəlidir, 2 övladı var.

Həmçinin oxuyun:

Prezidentin Mərkəzi Bank sədrinə müavin təyin etdiyi Əliyar Məmmədyarovun DOSYESİ

Prezident Mərkəzi Bank sədrinə birinci müavin və müavin təyin etdi - ADLAR

Paylaş:
1646

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər