Prezidentin Mərkəzi Bank sədrinə müavin təyin etdiyi Əliyar Məmmədyarovun DOSYESİ
Prezident İlham Əliyev Əliyar Qəhrəman oğlu Məmmədyarovun Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
1news.az Əliyar Məmmədyarovun haqqında məlumatı təqdim edir:
1977-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycanlıdır. Ali təhsillidir.
1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu “İqtisadçı” ixtisası üzrə fərqlənmə diplomu ilə, 2008-ci ildə isə Böyük Britaniyanın Nottingem Universitetini MBA ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
1999-cu ildən 2000-ci ilədək həqiqi hərbi xidmətdə olub.
2001-2004-cü illərdə Azərbaycan Respublikası Milli Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin 3 N-li nəzarət şöbəsində iqtisadçı, aparıcı iqtisadçı vəzifələrində işləyib.
2004-2006-cı illərdə AR Milli Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət şöbəsinin tərkibində olan Pulların yuyulmasına qarşı fəaliyyət qrupunun rəhbəri vəzifəsində çalışıb.
2006-2007-ci illərdə AR Milli Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət şöbəsinin rəisi vəzifəsində işləyib.
2012-ci ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
2008-2016-cı illərdə AR Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor müavini, departament direktoru vəzifələrində işləyib.
2016-cı ilin may ayından Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müşaviri vəzifəsinə təyin edilib.
2017-ci ilin sentyabr ayından 2019-cu ilin aprel ayınadək Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının sədri vəzifəsində işləyib.
Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2022-ci il tarixli, 544-VIQR №-li qərarına əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvü vəzifəsinə təyin olunub.
Həmçinin oxuyun: Mərkəzi Bank sədrinin birinci müavini təyin olunan Rəşad Orucov kimdir? - DOSYE
Prezident Mərkəzi Bank sədrinə birinci müavin və müavin təyin etdi - ADLAR