Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələr elektron qaydada təyin olunaraq ödəniləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələr elektron qaydada təyin olunaraq ödəniləcək

Qafar Ağayev10:04 - 09 / 06 / 2022
Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələr elektron qaydada təyin olunaraq ödəniləcək

1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onlardan vəfat edənlərin vərəsələrinə birdəfəlik ödəmənin verilməsi üçün hazırlıq işləri artıq yekunlaşır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 1news.az-a verilən məlumata görə, bu barədə müvafiq Komissiyanın iclasında bildirilib.

Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin 23 dekabr 2021-ci il tarixli Fərmanına əsasən icra olunacaq bu yeni sosial dəstək proqramı müharibə əlillərinin sosial müdafiəsinə daha bir qayğını ifadə edir. Komisssiyanın təklifləri təqdim edilib və bu təkliflər əsasında müvafiq qayda təsdiq edildikdən sonra ödənişlərə başlanacaq.

Bildirilib ki, qeyd olunan birdəfəlik ödəmələr də elektron sistem üzərindən, proaktiv təyin olunaraq, nağdsız qaydada müvafiq şəxslərin bank hesabına köçürüləcək.

Aidiyyəti qurumlar tərəfindən 1997-ci il avqustun 2-dək xəsarət alan hərbi qulluqçularının və daxili işlər orqanları əməkdaşlarının, onlardan sığorta ödənişi verilməsinə dair məhkəmə qərarı olan şəxslərin və artıq sığorta ödənişi verilmiş şəxslərin siyahıları əsasında hazırda dəqiqləşdirmələr aparılmaqla ödəniş ediləcək şəxslərin siyahısı müəyyənləşdirilir.

İclasda birdəfəlik ödəmənin verilməsi üçün aprılan hazırlıq işləri müzakirə olunub.

Xatırladaq ki, 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə veriləcək birdəfəlik ödəmə I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat təşkil edəcək.

Onlardan vəfat edən şəxslərin vərəsələrinə də bu ödənişlər veriləcək.

Paylaş:
292

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər