Baxımsız vəziyyətdə olan bu məktəbə şagirdlər getmək istəmir – VİDEO
Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 94 nömrəli məktəb baxımsız vəziyyətdədir.
1news.az xəbər verir ki, bu barədə ATV telekanalı reportaj hazırlayıb.
Məktəbin həm binası, həm də yolları bərbad vəziyyətdədir. Deyilənə görə məktəb üçün vəsait də ayrılıb. Rəhbərlik telekanalın məktəbin içindən çəkiliş etməsinə icazə verməsə də ATV əməkdaşları bununla araşdırma aparıb.
Bildirilib ki, bu məktəb 1970-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə inşa olunub. 50 ildən çoxdur fəaliyyət göstərən məktəbin vəziyyəti elə də yaxşı deyil.
Həm şagirdlər, həm də valideynlər məktəbin vəziyyətindən narazıdırlar. Şagirdlər bu vəziyyətə görə məktəbə gəlmək istəmirlər.
Valideynlərin təmir üçün etdiyi aidiyyəti qurumlara müraciət etsələr də heç bir nəticəsi yoxdu. Məktəb rəhbərliyi də şagirdlərin və valideynlərin dediklərini təstiqləyir. Jurnalistin “Niyə məktəb təmir olunmur?” sualına isə cavab verən olmayıb. Bildirilib ki, məktəbin təmiri üçün vəsait ayrılıb, hətta məktəbin aprel ayından təmirə bağlaması planlaşdırıbmış. Ancaq görünən odur ki, hələ də təmirə başlanmayıb.
Təhsil Nazirliyindən bildirilib ki, təhsil ili yekulaşandan sonra məktəbdə təmir başlanacaq.