Bu il XI sinifi bitirən şagirdlərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu il XI sinifi bitirən şagirdlərin sayı açıqlanıb

Qafar Ağayev15:37 - 10 / 06 / 2022
Bu il XI sinifi bitirən şagirdlərin sayı açıqlanıb

Bu il XI sinifi 91 188 şagird bitirir.

Bu barədə 1news.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2021-2022-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 133 422 nəfər, XI siniflərini 91 188 nəfər şagird bitirəcək. IX sinfi bitirənlərdən 61 400 nəfəri qız, 72 022 nəfəri oğlan, XI sinfi bitirənlərdən 42 005 nəfəri qız, 49 183 nəfəri oğlandır.

2021-2022-ci tədris ilində respublika üzrə ümumtəhsil məktəbində fəaliyyət göstərən 5896 məktəbəhazırlıq qrupunu 100 529 nəfər uşaq başa vurub.

Paylaş:
425

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər