2022-ci ildə Azərbaycanın beynəlxalq hava limanlarında xidmət göstərilən insanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

2022-ci ildə Azərbaycanın beynəlxalq hava limanlarında xidmət göstərilən insanların sayı açıqlanıb

Qafar Ağayev17:16 - 10 / 06 / 2022
2022-ci ildə Azərbaycanın beynəlxalq hava limanlarında xidmət göstərilən insanların sayı açıqlanıb

10 iyun 2022-ci il, Bakı - 2022-ci ilin əvvəlindən Azərbaycanın beynəlxalq hava limanlarında ümumi sərnişin axını 1,53 milyon nəfər təşkil etmişdir. Bu göstərici ötən ilin analoji göstəricisindən iki dəfə çoxdur.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, 2022-ci ilin may ayında Bakı hava limanında 396 min nəfərə xidmət göstərilmişdir, onlardan 315 min nəfəri paytaxt hava limanından uçan və ya bura gələn sərnişinlərdir.

Bakı hava limanının baza aviadaşıyıcıları – “AZAL” və “Buta Airways” ilə ilin əvvəlindən müvafiq olaraq 455 və 154 min sərnişin daşınmışdır. Onlardan 341,5 min nəfəri beynəlxalq reyslərin sərnişinləridir ki, bu da beynəlxalq daşımaların ümumi həcminin 36%-ni təşkil edir.

2022-ci ilin may ayında Bakı hava limanına 24 xarici aviaşirkət müntəzəm uçuşlar həyata keçirib. Həmçinin bu ay Varşavadan Bakıya LOT aviaşirkətinin birbaşa reysləri açılıb.

May ayında Bakıdan 10 ən populyar beynəlxalq istiqamətə İstanbul, Dubay, Moskva, Tbilisi, Abu-Dabi, Şərcə, Minsk, Ankara, İzmir və Küveyt şəhərləri daxil olub.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) — sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük kompleksinin gücünə görə Azərbaycanda və regionda ən böyük hava limanıdır.

2021-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu "Skytrax" Beynəlxalq Hava Nəqliyyatı Reytinq Agentliyi tərəfindən hava limanları arasında COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə 5 ulduzlu reytinqə layiq görülüb.

Bu reytinq öz sərnişinlərini və əməkdaşlarını koronavirusun yayılmasından qorumaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq olunan COVID-19 əleyhinə tədbirlərin səmərəliliyinin yüksək səviyyədə tanınması deməkdir.

Paylaş:
316

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər