Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Ağdam və digər layihələrə Mobil Müşahidə Sistemləri quraşdırılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Ağdam və digər layihələrə Mobil Müşahidə Sistemləri quraşdırılıb - FOTO

Qafar Ağayev09:28 - 10 / 06 / 2022
Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Ağdam və digər layihələrə Mobil Müşahidə Sistemləri quraşdırılıb - FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində yeni çağırışlara uyğun hazırlanmış konsepsiya əsasında idarəetmənin təkmilləşdirilməsi istiqamətində işlər aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən 1news.az-a verilən məlumata görə, agentlikdə yeni informasiya texnologiyaların idarəetməyə tətbiqinin genişləndirilməsi və rəqəmsal idarəçiyin tətbiq edilməsi ilə fəaliyyətin daha çevik və məqsədyönlü həyata keçirilməsi işləri davam etdirilir.

Bu yaxınlarda Agentlikdə rəqəmsal idarəçiliyin inkişafı, daxili idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılması, bu sahədə çevik və effektiv idarəetmənin təmin edilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yolları İnformasiya Sistemi (AYİS) yaradılmışdır.

Bu işlərin davamı olaraq bir müddətdir ki, Agentlik tərəfindən müasir idarətmə və nəzarət mexanizmlərinin tətbiqinə başlanılıb. Belə ki, yol infrastrukturu layihələrinin icra olunduğu ərazilərə Mobil Müşahidə Sistemləri - servisi (MMS-S) müəssisəsi tərəfindən hazırlanan Mobil Müşahidə Sistemləri quraşdırılır.

Mobil qoşqu üzərində yığılan bu qurğuda hər şey yüksək dəqiqliklə hesablanıb. Belə ki, sistem mobil qoşquya yığıldığı üçün hər hansı bir avtomobilə qoşularaq istənilən yerə daşınması mümkündür.

Yol layihələrinin icrasına nəzarət onlayn şəkildə monitorla və ya mobil telefonunla, keyfiyyətli günəş panellərinin istehsal etdiyi enerji ilə təhciz olunan 24 saat kəsintisiz, 500 metr ərazinin video görüntüsünü xüsusi proqram vasitəsilə təmin olunur.

İki sabit və bir hərəkətli kameralar vasitəsilə müxtəlif bucaqlardan və məsafədən uzun müddət qurğunun yaddaşında saxlamaqla canlı, həmçinin istənilən hava şəraitində müşahidə aparmaq mümkündür.

Mobil Müşahidə Sistemi ölkə boyu icra olunan yol infrastrukturu layihələrinin “İnşaat Norma və Qaydaları”na əsasən keyfiyyətlə, sürətlə və təhlükəsizlik qaydalarına riayət edilməklə icrasına, tərtib olunmuş qrafiklə vaxtında icrasının yekunlaşdırılmasına Agentliyin rəhbərliyi tərəfindən mütamadi olaraq yerindəcə nəzarətdən əlavə, həm də istənilən vaxt və istənilən yerdən sistemlərin quraşdırıldığı tikinti ərazilərini onlayn qaydada müşahidə etməyə imkan yaradır.

Hazırda bu cür Mobil Müşahidə Sistemləri Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Ağdam, Muğanlı-İsmayıllı-Qəbələ və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yollarında quraşdırılaraq tikinti prosesi tam nəzarət altında saxlanılır.

Yaxın müddət ərzində bu cür sistemin Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yoluna, həmçinin digər böyük yol layihələrinin icrası həyata keçirilən ərazilərdə quraşdırılması nəzərdə tutulur.

Paylaş:
290

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər