Bakı məktəblərində işə qəbul olunan müəllimlərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı məktəblərində işə qəbul olunan müəllimlərin sayı açıqlanıb

09:50 - 10 / 06 / 2022
Bakı məktəblərində işə qəbul olunan müəllimlərin sayı açıqlanıb

2021-2022-ci tədris ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsində 2 550 nəfər uğur qazanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən xəbərə görə, bunlardan 721 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 1 579 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesində, 250 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.

1news.az

Paylaş:
254

Son xəbərlər

Bütün xəbərlər