Cəbrayılda yol qəzası olub, sürücü ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəbrayılda yol qəzası olub, sürücü ölüb

Qafar Ağayev10:11 - 10 / 06 / 2022
Cəbrayılda yol qəzası olub, sürücü ölüb

İyunun 9-da saat 18 radələrində Cəbrayıl rayonunun Qumlaq kəndində Zamiq Əliyevin idarə etdiyi “Niva” və R.İsayevin idarə etdiyi “Great Wall Wingle” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən xəbərə görə, nəticədə Z.Əliyev hadisə yerində ölüb, sərnişini və digər sürücü xəstəxanaya yerləşdiriliblər.

Cəbrayıl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Paylaş:
295

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər