“İçərişəhər”in divarlarını yazan şəxs aşkarlandı - FOTO
Ötən gün bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə İçərişəhərin Qala divarında törədilən vandalizm aktı barəsində məlumatlar paylaşılmışdı.
1news.az xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin məlum hadisə ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə rəsmi müraciəti əsasında araşdırma aparılıb.
Səbail Rayon Polis İdarəsinin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində əməli törədən şəxsin 26 yaşlı Bakı şəhər sakini S. Qurbanzadə olduğu müəyyən edilib.
Yaxın vaxtlarda hadisəyə hüquqi qiymət verilməsi təmin ediləcək.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bir daha tariximizin və mədəniyyətimizin nadir incisi olan İçərişəhərin və onun abidələrinin qorunmasına biganə olmayan hər bir kəsə təşəkkür edir.
Həmçinin oxuyun: İdarə İçərişəhərin Qala divarlarında törədilmiş vandalizmlə bağlı hərəkətə keçdi - FOTO