Azərbaycanda son sutkada 7 nəfər koronavirusa yoluxub - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda son sutkada 7 nəfər koronavirusa yoluxub - STATİSTİKA

Qafar Ağayev17:00 - 11 / 06 / 2022
Azərbaycanda son sutkada 7 nəfər koronavirusa yoluxub - STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 870 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 086 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib, aktiv xəstə sayı 69 nəfərdir.

Ölkədə son sutka ərzində 2 468, hazırkı dövrədək isə 6 921 407 test aparılıb.

Paylaş:
340

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər