“Formula-1”: Ən sürətli yenə Serxio Peres olub | 1news.az | Xəbərlər
Cəmiyyət

“Formula-1”: Ən sürətli yenə Serxio Peres olub

17:40 - 11 / 06 / 2022
“Formula-1”: Ən sürətli yenə Serxio Peres olub

“Formula-1” üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başa çatıb.

1news.az Apasport.az-a istinadən xəbər verir ki, 1 saat davam edən son məşqdə yenə ən yaxşı nəticəni Serxio Peres göstərib.

“Red Bull” komandasının pilotu dövrəni 1 dəqiqə 43,170 saniyəlik göstərici ilə başa vurub. Onu dünənki ikinci sərbəst yürüşün qalibi Şarl Lekler (“Ferrari”) və “Red Bull”un digər pilotu Maks Ferstappen izləyib.

Qeyd edək ki, saat 18:00-da pilotlar sıralama turuna çıxacaqlar.

Paylaş:
348

Son xəbərlər

Bütün xəbərlər