Bazar gününün hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti iyun ayının 12-nə olan hava proqnozunu açıqlayıb.
Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-29° ist, Bakıda gecə 19-21° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütununda 755 mm civə sütununa enəcək.
Nisbi rütubət 50-60 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacaq.
1news.az