Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan avtobus qəzaya uğrayıb, xəsarət alanlar var - RƏSMİ - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan avtobus qəzaya uğrayıb, xəsarət alanlar var - RƏSMİ - VİDEO

Qafar Ağayev01:17 - 13 / 06 / 2022
Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan avtobus qəzaya uğrayıb, xəsarət alanlar var - RƏSMİ - VİDEO

Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan sərnişin avtobusunun qəzaya düşməsi nəticəsində xəsarət alan məktəblilərə ilkin tibbi yardım göstərilib və onlar tibb müəssisələrinə yerləşdirilib.

1news.az xəbər verir ki, bu barədə Bakı Şəhəri Təhsil İdarəsinin Mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov açıqlama verib.

“İlkin məlumata görə ağır xəsarət alanların olmadığı bildirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi müvafiq qurumlarla birgə xəsarət alanların vəziyyətini nəzarətdə saxlayır.

Qəzaya düşən avtobusdakı sərnişinlərin Bakı şəhəri 279 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdləri, müəllim və bir qrup valideyndən ibarət olduğu bildirilir. Məktəb rəhbərliyinin verdiyi məlumatda əsasən, şagirdlərin səfəri valideynlərin təşəbbüsü ilə birgünlük gəzinti-istirahət məqsədilə təşkil olunub. Allah şəfa versin!” - deyə, açıqlamada qeyd olunub.

Paylaş:
702

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər