Hakim Ramin Qaraqurbanlı təltif olundu - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hakim Ramin Qaraqurbanlı təltif olundu - FOTO

Qafar Ağayev10:21 - 13 / 06 / 2022
Hakim Ramin Qaraqurbanlı təltif olundu - FOTO

Bakı Apellyasiya Məhkəməsinin saytına istinadən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Ramin Qaraqurbanlı Şotlandiyada Qlazko şəhərində icra məmurlarının ixtisaslaşmış təşkilatı olan - İcra Məmurlarının Beynəlxalq İttifaqının (International Union of Judicial Officers (UINJ) Bürosunun iclasında həmin qurumun ali mükafatı olan medalla təltif olunub.

1news.az xəbər verir ki, 1952-ci ildə Belçika, Fransa, Yunanıstan, İtaliya, Luksemburq, Hollandiya və İsveçrə tərəfindən yaradılmış bu təşkilat bütün qitələri əhatə etməklə hazırda 100-dən çox üzv dövlətdən ibarətdir. Yaradılmasının əsas məqsədi icra məmurlarını beynəxalq müstəvidə təmsil etmək və onların mənafeylərinin müdafiəsini təmin etmək, məhkəmə qərarlarının icrası sahəsində qanunvericilik aktlarının hazırlanmasında iştirak etmək, bu sahədə islahatların aparılmasına dəstək verməkdən ibarətdir.

İcra Məmurlarının Beynəlxalq İttifaqı (UİHJ) Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasında (CEPEJ) müşahidəçi statusuna malikdir, ekspertləri Avropa məkanında üzv dövlətlərdə məhkəmə qərarlarının icrasına dair Avropa standartlarının hazırlanması və tətbiqi sahəsində Komissiyanın işində yaxından iştirak edir.

Paylaş:
1054

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər