Şirvan sakinindən silah götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şirvan sakinindən silah götürülüb

Qafar Ağayev13:29 - 14 / 06 / 2022
Şirvan sakinindən silah götürülüb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq silah və döyüş sursatları saxlayan şəxslərin saxlanılaraq məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, ŞPŞ-nin əməkdaşlarının tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Şəxsiyyət Məmmədov saxlanılıb.

Həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı oradan xaricdə istehsal edilmiş tapança, 1 ədəd patron darağı və 14 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Paylaş:
229

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər