Narkotik üçün Biləsuvara gələn paytaxt sakinləri tutulub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Narkotik üçün Biləsuvara gələn paytaxt sakinləri tutulub - FOTO

Qafar Ağayev13:45 - 14 / 06 / 2022
Narkotik üçün Biləsuvara gələn paytaxt sakinləri tutulub - FOTO

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Həmin əməliyyatla ölkə ərazisinə gizli yolla gətirilmiş 2 kiloqramdan artıq güclü təsiredən xassəyə malik narkotik vasitə, həblər və psixotrop maddə dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan 1news.az-a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə Bakı şəhər sakinləri Ramin Fəttayev, Vahid Ağayev və Əli Bayramov sonuncunun idarə etdiyi avtomobildə Biləsuvar rayonu ərazisində saxlanılıblar. Şəxsi axtarış zamanı Ə.Bayramovun üzərindən hazır bükümlərdə qablaşdırılmış heroin və metamfetamin aşkarlanaraq götürülüb. Əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, həmin şəxslər Biləsuvar rayonuna xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdikləri və ölkə ərazisinə gizli yolla gətirilmiş narkotik vasitə və psixotrop maddəni götürmək üçün gəliblər. Satışını təşkil etmək üçün onlara göndərilmiş ayrı-ayrı bükümlərdə 821 qram tiryək, 684 qram heroin, 810 qram metamfetamin və 40 ədəd narkotik tərkibli metadon həbi gizlədildiyi yerdən aşkarlanaraq götürülüb.

Həmin şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan təbiri seçilib. Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır. Qeyd edək ki, təkcə cari ilin ötən dövrü ərzində Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 85 fakt aşkarlanıb, qanunsuz dövriyyədən 73 kiloqramdan artıq narkotik vasitə çıxarılıb.

Paylaş:
298

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər