Bakıda “Formula 1”ə görə bağlanmış yollar tamamilə nə vaxt açılacaq? | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “Formula 1”ə görə bağlanmış yollar tamamilə nə vaxt açılacaq?

15:23 - 14 / 06 / 2022
Bakıda “Formula 1”ə görə bağlanmış yollar tamamilə nə vaxt açılacaq?

Bakıda baş tutmuş 2022 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində 6 iyun tarixindən bağlanan prospekt və küçələr çərşənbə günü səhər saatlarında tamamilə sürücülərin istifadəsinə verilir.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin yaydığı məlumatda bildirilib ki, iyunun 14-dən 20-nə kimi yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək. Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-nə qədər aradan qaldırılacaq.

1news.az

Paylaş:
196

Son xəbərlər

Bütün xəbərlər