COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

16:47 - 14 / 06 / 2022
COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 668 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 273, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 197, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1076, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 122 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 746 614, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 351 241, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 851 252, üç və daha çox doza vaksin vurduranların sayı 3 296 504, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 247 617 təşkil edir.

1news.az

Paylaş:
575

Son xəbərlər

Bütün xəbərlər