Göygöldə iki yük avtomobili toqquşub, Türkiyə vətəndaşı ölüb

Göygöldə ağır yol-nəqliyyat hadisəsi zamanı Türkiyə vətəndaşı dünyasını dəyişib.
1news.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistralının Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza "TIR" markalı yük maşının digər yük maşını ilə toqquşması nəticəsində qeydə alınıb. Nəticədə Türkiyə vətəndaşı, 1979-cu il təvəllüdlü Mecid Bakir hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırmalara başlanılıb.
1news.az
236