Təhsil naziri builki tədris ilinin yekunlarını qiymətləndirib

Təhsil naziri Emin Əmrullayev gələn tədris ilindən bütün məktəblərin 6 günlük tədris sisteminə keçməsi ilə bağlı yayılan xəbərə münasibət bildirib.
1news.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, nazir bildirib ki, 2021-2022-ci tədris ili pandemiya müddətində və iki illik fasilədən sonra arası kəsilmədən davamlı olan tədris ili kimi tarixə düşüb.
"Baxmayaraq ki, ikinci yarımilədək yoluxma sayları yüksək idi. Hesab edirəm ki, təhsil sisteminin davamlılığını təmin etmək bu ilin ən böyük uğuru sayıla bilər. Bu illər ərzində müəllimlər böyük fədakarlıq göstərərək tədrisin davamlılığını təmin etməyə dəstək oldular. Hər bir tədris ilinin özünəməxsus yenilikləri və hadisələri olur. Ümumilikdə pandemiyadan sonrakı davamlı tədris ilini qurmağımızı müsbət qiymətləndirirəm" - E.Əmrullayev əlavə edib.
1news.az