Lənkəranda azyaşlı 4-cü mərtəbədən yıxılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda azyaşlı 4-cü mərtəbədən yıxılıb

Qafar Ağayev15:48 - 15 / 06 / 2022
Lənkəranda azyaşlı 4-cü mərtəbədən yıxılıb

Lənkəranda 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb.

1news.az APA-ya istinadən xəbər verir ki, bədbəxt hadisə Lənkəran şəhəri Qala xiyabanı 5 nömrəli binada qeydə alınıb. 2 yaşlı Əlixan Şəhriyar oğlu Bağırov binanın 4-cü mərtəbəsindən yıxılaraq ağır bədən xəsarətləri alıb. Uşaq aqonal vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və dərhal əməliyyata alınıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
384

Son xəbərlər

Bütün xəbərlər