Bu gün Azərbaycanda neçə doza vaksin vurulub? - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Azərbaycanda neçə doza vaksin vurulub? - STATİSTİKA

Qafar Ağayev16:49 - 15 / 06 / 2022
Bu gün Azərbaycanda neçə doza vaksin vurulub? - STATİSTİKA

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 846 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 304, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 268, üç və daha çox doza vaksin vurduranların sayı 1 160, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 114 nəfərdir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 748 460, birinci doza peyvəndlərin ümumi sayı 5 351 545, ikinci doza vaksinlərin sayı 4 851 520 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 297 664, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 247 731 olub.

Paylaş:
316

Son xəbərlər

Bütün xəbərlər