Milli Qurtuluş Günündə qazilərə avtomobillər verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Qurtuluş Günündə qazilərə avtomobillər verilib

Qafar Ağayev12:29 - 15 / 06 / 2022
Milli Qurtuluş Günündə qazilərə avtomobillər verilib

15 İyun - Milli Qurtuluş Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 50 nəfər Vətən müharibəsi əlilinə “Xəzər” markalı minik avtomobili təqdim edilib.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, avtomobillərin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Vətən Müharibəsi Qəhrəmanları Qəzənfər Ağayev və Cavid Behbudov, “Qarabağ qaziləri” İB-nin üzvü Rey Kərimoğlu iştirak ediblər.

A.Kərimov bildirib ki, 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin xalqın çağırışı ilə yenidən respublika rəhbərliyinə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu. Müasir müstəqil Azərbaycan dövlətinin qurulması və inkişaf yoluna çıxmasını təmin edən Ulu öndərin xüsusi qayğısı nəticəsində ölkəmizdə sosial sabitlik və inkişaf sahəsində mühüm addımlar atıldı. Eyni zamanda, şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlərlə, müharibə əlillərinin avtomobillə təminatına başlandı.

Ümummilli lider Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilməsi Azərbaycanın sürətli inkişaf yoluna çıxmasını, həmçinin aparılan sosial siyasətin ildən-ilə güclənməsini təmin edib.

Qeyd olunub ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər qazandığı Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları genişmiqyaslı sosial dəstək paketi ilə əhatə olunub. Bu sosial dəstək paketi artıq 100 min şəxsi əhatə edib, onlara 190 min xidmət göstərilib.

Dəstək paketinin mühüm bir istiqaməti kimi, şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı proqramı 5 dəfə genişlənib.

2021-ci ildə 3 min, postmüharibə dövründə 3500 mənzil, ötən dövrdə ümumilikdə 12500-dən çox mənzil və fərdi ev bu kateqoriyalardan olan vətəndaşlara verilib.

Müharibə əlillərinin avtomobillə təminatı tədbirləri çərçivəsində son 4 ildə 1500-dək, ümumilikdə ötən dövrdə 7450 müharibə əlili avtomobillə təmin edilib.

Hazırda Vətən müharibəsi əlillərinə təqdim edilən 50 avtomobil də daxil olmaqla bu il 100 avtomobil müharibə əlillərinə verilib.

Avtomobillə təmin edilən müharibə əlilləri daim diqqət və qayğı ilə əhatə olunduqlarına, onlarla bağlı həyata keçirilən sosial dəstək tədbirlərinə, bu gün avtomobillə təmin olunduqlarına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Paylaş:
249

Son xəbərlər

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri yenidən atəşə tutulub22 / 06 / 2024, 18:08Astanada çoxmərtəbəli binada baş verən yanğın lokallaşdırılıb - YENİLƏNİB22 / 06 / 2024, 17:45Binəqədidə yük maşını piyadanı vuraraq öldürüb22 / 06 / 2024, 17:31Masazırda liftdə köməksiz vəziyyətdə qalan 2 nəfər xilas olunub - VİDEO22 / 06 / 2024, 17:12Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib22 / 06 / 2024, 16:49Qəzzada ölən fələstinlilərin sayı 38 minə çatır22 / 06 / 2024, 16:06Dənizdə batma təhlükəsi olan 3 nəfər xilas edilib22 / 06 / 2024, 15:48Əlverişsiz havaya görə bugünkü imtahanın vaxtı dəyişib22 / 06 / 2024, 15:25Əksər bölgələrdə yağmursuz hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA22 / 06 / 2024, 15:05İctimai nəqliyyatda qeyri-etik hərəkətlər edən şəxs saxlanıldı22 / 06 / 2024, 14:40Unudulmaz sənətkar Bülbülün anadan olmasından 127 il ötür22 / 06 / 2024, 14:23FHN: Ötən gün 11 nəfər xilas olunub22 / 06 / 2024, 14:00Bazar gününün hava proqnozu22 / 06 / 2024, 13:45Bu gün Xalq şairi Xəlil Rza Ulutürkün anım günüdür22 / 06 / 2024, 13:25Bakıda avtomobildə sıxılı vəziyyətdə qalan sürücü xilas edilib22 / 06 / 2024, 13:10"Göz yaşı” adlı sosial çarx çəkiləcək22 / 06 / 2024, 12:52Əlilliyi olan şəxslərə pulsuz verilən reabilitasiya vasitələrinin sayı artırılıb - SİYAHI22 / 06 / 2024, 12:48Azad olunmuş ərazilər üzrə idxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısına dəyişiklik edilib22 / 06 / 2024, 12:32Bakıda qadının əl çantasından 5 min manat oğurlayan dəstənin son üzvü saxlanılıb22 / 06 / 2024, 12:23Gəncədə qanunsuz tikintinin qarşısı alınıb22 / 06 / 2024, 12:01
Bütün xəbərlər