Biləcəri qəsəbəsində küçə təmir olunur - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Biləcəri qəsəbəsində küçə təmir olunur - FOTO

Qafar Ağayev16:10 - 16 / 06 / 2022
Biləcəri qəsəbəsində küçə təmir olunur - FOTO

Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi üzrə 4.4 km küçə və yolun təmiri nəzərdə tutulurdu ki, bu istiqamətdə qəsəbənin Xudat bəy Məlikaslanov küçəsinin 5 və 7-ci döngələri təmir olunur.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən 1news.az-a verilən məlumata görə, hazırda işlər küçənin 5-ci döngəsi üzrə aparılır.

Uzunluğu 700, eni ortalama 7.5 metr təşkil edən sözügedən yol torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

Aparılan yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol əsasının və küçənin profilə salınması işləri görülüb.

Artıq küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi aparılır.

Tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla aparılan yenidənqurma və bərpa işləri daha sonra Xudat bəy Məlikaslanov küçəsinin uzunluğu 500 metr olan 7-ci döngəsində icra olunacaq.

Cari ildə Binəqədi rayonu üzrə ümumi uzunluğu 13.6 km təşkil edən küçə və yolun təmiri nəzərdə tutulur.

Qeyd edək ki, Agentlik tərəfindən 2021-ci ildə adıçəkilən rayonda 15.4 km uzunluğa malik küçə təmir edilib.

Paylaş:
662

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər