Bakı-Qazax yolunda qəza baş verib, 1 nəfər ölüb - FOTO

Bakı-Qazax yolunda baş verən qəza nəticəsində 1 nəfər ölüb.
1news.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistralının 77-ci kilometrliyində Ələt qəsəbəsi ərazisində baş verib.
“Ford” markalı avtomobil “Mercedes” markalı avtomobilə toqquşub. Nəticədə birincidə olan sərnişin hadisə yerində ölüb.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.
1news.az
236