Deputat Milli Məclisin iclasında bazarda qiymətlərdən danışdı: “Od-tutub yanır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputat Milli Məclisin iclasında bazarda qiymətlərdən danışdı: “Od-tutub yanır”

Qafar Ağayev13:29 - 17 / 06 / 2022
Deputat Milli Məclisin iclasında bazarda qiymətlərdən danışdı: “Od-tutub yanır”

“Bazarlarda qiymətlər od-tutub yanır”.

1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bu gün keçirilən növbədənkənar iclasda çıxış edərdən deyib.

O, bildirib ki, xüsusilə meyvələrin qiymətinin baha olması hər kəsi narahat edir..

“Mən araşdırdım, kəndlərdə qiymətlə elə də baha deyil. Burada problem məhz məhsulun bölgələrdən Bakıya gətirilməsi zamanı daşınma şirkətlərinin qiymətlərinin qaldırılmasıdır. Təklif edirəm ki, “Kənddən Şəhərə” layihəsinin miqyasını daha da böyütmək lazımdır ki, şəhər əhalisi bu meyvələri rahatlıqla əldə etsinlər”.

Paylaş:
258

Son xəbərlər

Bütün xəbərlər