Bərdə sakinindən odlu silah götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdə sakinindən odlu silah götürülüb

Qafar Ağayev17:00 - 17 / 06 / 2022
Bərdə sakinindən odlu silah götürülüb

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə rayon sakini Elnur Paşayevin qanunsuz olaraq silah saxladığı müəyyən edilib. Onun yaşadığı ünvana baxış keçirilən zaman “TOZ C-8931” markalı yivli silah və 22 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı Bərdə RPŞ-də istintaq tədbirləri davam etdirilir.

Paylaş:
312

Son xəbərlər

Bütün xəbərlər