ÜST: COVID pandemiyası başa çatmaq üzrədir | 1news.az | Xəbərlər
Cəmiyyət

ÜST: COVID pandemiyası başa çatmaq üzrədir

09:52 - 17 / 06 / 2022
ÜST: COVID pandemiyası başa çatmaq üzrədir

ÜST baş direktoru: “COVID pandemiyası artıq başa çatmaq üzrədir”

“COVID pandemiyası artıq başa çatmaq üzrədir”.

1news.az-ın xəbərinə görə, bunu bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal səhiyyənin idarə edilməsi” mövzusunda paneldə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Əksər ölkələrdə yoluxmanın aşağı səviyyəyə düşdüyünü söyləyən ÜST Baş direktoru deyib ki, yalnız aşağı gəlirli ölkələrdə bu problem qalmaqdadır: “İlk növbədə səhiyyə işçiləri, 60 yaşdan yuxarı şəxslər kimi kateqoriyaların peyvəndlənməsi zəruridir”.

1news.az

Paylaş:
192

Son xəbərlər

Bütün xəbərlər