Şənbə gününün hava proqnozu | 1news.az | Xəbərlər
Cəmiyyət

Şənbə gününün hava proqnozu

12:43 - 17 / 06 / 2022
Şənbə gününün hava proqnozu

İyunun 18-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-32° isti olacaq. Bakıda gecə 21-23° isti, gündüz 29-31° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq.

Əksər rayonlarda əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 19-24° isti olacaq.

1news.az

Paylaş:
211

Son xəbərlər

Bütün xəbərlər