Həftə sonunu QadınFest.az festivalında keçirin - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Həftə sonunu QadınFest.az festivalında keçirin - FOTO

14:07 - 18 / 06 / 2022
Həftə sonunu QadınFest.az festivalında keçirin - FOTO

Bakıda QadınFest.az platformasının ikinci dəfə təşkil etdiyi qadın festivalı keçirilir.

1news.az xəbər verir ki, Park Bulvar ticarət mərkəzində təşkil olunan festival üç gün - 17, 18 və 19 iyun tarixlərində baş tutacaq.

Qeyd edək ki, festivalın qapıları saat 12:00-dan 20:00-a qədər açıqdır. Festivalın bütün qonaqları heç bir ödəniş etmədən gəlib maraqlı məruzəçiləri dinləyə, ustad dərslərində iştirak edə, festival tərəfdaşlarından faydalı məsləhətlər ala, əyləncə proqramından həzz ala bilərlər.

İyunun 17-də festivalın açılışı olub. Əsas səhnədə festivalın aparıcısı Günay Malikqızı dəvət olunmuş ekspertlərlə qadınların sağlamlığı, karyerası, hobbiləri, biznesi, ailə münasibətləri, valideynlik, münaqişələr, sağlam qidalanma və s. kimi müxtəlif mövzularda danışıb.

Sonra festivalın qonaqları musiqili proqramı izləyiblər. Ayaz Babayev kimi tanınmış ifaçılarla yanaşı, musiqi karyerasına yeni başlayan istedadlı xanımlar da çıxış ediblər.

Festivalın məqsədlərindən biri də qadınlara öz istedadlarını kəşf etmək və onları dünyaya nümayiş etdirmək imkanı yaratmaqdır.

Festivalda sağlamlıq zonası da var. Özünüzlə idman forması gətirmək və təlimatçıya qoşulmaq kifayətdir. Yoqa, rəqs, Pilates və Zumba seansları planlaşdırılır.

İctimai çıxışlarla paralel olaraq fərdi çıxışlar da keçirilir ki, burada da çıxış edənləri dinləyə və suallar verə bilərsiniz. Bu seanslar shorturl.at/emnHT saytında qeydiyyat tələb edir!

Bu gün saat 16:00-da Türkiyənin tanınmış yazıçısı Nilgün Bodurun çıxışı nəzərdə tutulub. Digər çıxışları və cədvəli buradan izləyə bilərsiniz:

Platforma haqqında:

QadınFest.az - qadınlar üçün imkanlar platfotmasıdır. İdeya ondan ibarətdir ki, qadınlar çox sadə və sərbəst formatda faydalı resurslara əl çatdira bilsinlər, onları maraqlandıran sualları verə bilsinlər, özlərini yeni rollarda sınaga bilsinlər, yeni tanışlıqlar qazansınlar.

Platforma yaradıcılarının əsas prinsipi - qadınların faydalı redurslara bərabər əlçatanlıqını təmin etməkdir, məhz buna görə də qadınların platforma tədbirlərində iştirakı hər zaman ödənişsiz olacaq.

Pandemiyanın qurtardığı üçün, qadınlar üçün çoxlu sayda oflayn tədbirlər və fəalliqların təşkil edilməsi də planlaşdırılır.

Paylaş:
424

Son xəbərlər

Bütün xəbərlər