Bakıda hündürmərtəbəli binanın lifti qırılıb, 6 nəfər xəsarət alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda hündürmərtəbəli binanın lifti qırılıb, 6 nəfər xəsarət alıb

12:53 - 18 / 06 / 2022
Bakıda hündürmərtəbəli binanın lifti qırılıb, 6 nəfər xəsarət alıb

Bakıda hündürmərtəbəli binanın lifti qırılıb.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün paytaxtın Nizami rayonunda qeydə alınıb.

“Yeni Ev 7” MTK-ya məxsus binada lift qırılaraq şaxtaya çırpılıb.

Nəticədə liftin içərisində olan 4 qadın və 2 azyaşlı ağır xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

1news.az

Paylaş:
286

Son xəbərlər

Bütün xəbərlər