“AZAL” Bakıdan Antalyaya uçuşların sayını artıracaq | 1news.az | Xəbərlər
Cəmiyyət

“AZAL” Bakıdan Antalyaya uçuşların sayını artıracaq

Qafar Ağayev13:13 - 20 / 06 / 2022
“AZAL” Bakıdan Antalyaya uçuşların sayını artıracaq

“Azərbaycan Hava Yolları” aviaşirkəti 2022-ci ilin yay mövsümü çərçivəsində Bakı-Antalya-Bakı istiqaməti üzrə uçuşların sayını artırır.

"Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, 2 iyul tarixindən etibarən aviadaşıyıcı bu marşrut üzrə həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə və şənbə günlərində yerinə yetiriləcək əlavə reysləri (J2- 027/028) daxil edir.

Əlavə reyslər nəzərə alınmaqla bu istiqamət üzrə uçuşların sayı həftədə 19-dək artacaqdır.

Qeyd edilən marşrut üzrə əlavə reyslərin daxil edilməsi ilə əlaqədar, “Azərbaycan Hava Yolları” tərəfindən J2- 125/126 nömrəli reyslərin uçuş və gəliş vaxtlarında dəyişiklik edilmişdir.

Bakıdan Antalyaya reyslərin uçuşu saat 14:30-da (bazar ertəsi və cümə günləri) və 15:20-də (çərşənbə axşamı, çərşənbə və şənbə günləri) həyata keçiriləcək.

Antalyadan Bakıya reyslərin gəlişi saat 17:25-də (bazar ertəsi), 18:20-də (çərşənbə axşamı və çərşənbə günləri), 17:30-da (cümə günləri) və 18:30-da (şənbə günləri) həyata keçiriləcək.

“AZAL”ın bu və digər reyslərinə aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkündür.

Bu uçuşlara, qeyd edilən daşıma şərtlərinə uyğun olan və qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.

Türkiyəyə səyahət etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl, bu ölkəyə daxil olarkən qüvvədə olan qaydalarla aşağıdakı keçid vasitəsilə tanış olmaq tövsiyə olunur:
https://www.azal.az/az/information/covid-turkey.

Azərbaycana giriş qaydaları haqqında məlumatla aşağıdakı keçid vasitəsilə ətraflı tanış olmaq olar: https://www.azal.az/az/information/covid-azerbaijan.

Paylaş:
223

Son xəbərlər

Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13
Bütün xəbərlər