Səhiyyə Nazirliyi: “Uşaqlar arasında yayılan influenza xəstəliyi soyuqdəymədir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Səhiyyə Nazirliyi: “Uşaqlar arasında yayılan influenza xəstəliyi soyuqdəymədir”

14:04 - 20 / 06 / 2022
Səhiyyə Nazirliyi: “Uşaqlar arasında yayılan influenza xəstəliyi soyuqdəymədir”

“Azərbaycanda həm koronavirus, həm də digər xəstəliklərlə bağlı epidemioloji durum sabitdir”.

1news.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ölkədəki epidemioloji vəziyyət nəzarət altındadır.

Nazir müavini qeyd edib ki, uşaqlar arasında yayılan influenza xəstəliyi sırf soyuqdəymədir: “Mövsümi olaraq həmişə respirator virus infeksiyaları olub. Hazırda həmin viruslar mövsümü olmadığından xəstələnmə halları azalmaqdadır. İnfluenza virusu vaxtaşırı xəstələndiyimiz soyuqdəymə, qrip xəstəliyidir və bu da mövsümidir. Hazırda bu sahədə sabitlikdir”.

1news.az

Paylaş:
212

Son xəbərlər

Bütün xəbərlər